Bakıda “Türk Obası”na mediatur təşkil olunub- FOTO

Bakıda yerləşən Türk Ticarət Mərkəzinə və “Türk Obası”na mediatur təşkil edilib.

AzPost xəbər verir ki, media nümayəndələri Türk Ticarət Mərkəzinin nəzdində fəaliyyət göstərən Qırğızıstan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Türkiyəyə məxsus ofisləri ziyarət ediblər.

Jurnalistlər Türk dövlətlərinə məxsus ofislərin gələcək fəaliyyəti və məqsədləri barədə məlumatlandırılıb.

Qeyd edilib ki, bu, Türk dünyası ölkələri arasında iqtisadi əməkdaşlıq perspektivləri baxımından mühüm əhəmiyyət kəsb edir.

Eyni zamanda media nümayəndələri Türkiyənin qədim idman növlərindən olan oxçuluq meydanını ziyarət ediblər.

Daha sonra “Türk Obası”na ziyarət təşkil olunub və Türk Ticarət Mərkəzinin rəhbəri Yılmaz Okuklu jurnalistlərə altı çadırdan ibarət oba haqqında geniş məlumat verib. O, çadırlarda nümayiş etdirilən eksponatların tarixi və simvolik mənalarından bəhs edib. Bu kimi layihələrin Türk mədəniyyəti, adət-ənənələri və milli irsin gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.