İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın qərbində yerləşən Lorestan əyalətində etiraz aksiyalarının 192 təşkilatçısını saxlayıb.
Bu barədə “Tasnim” SEPAH-ın yerli şöbəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Saxlanılanlar “ABŞ və İsraildəki terror təşkilatları ilə əlaqədə” ittiham edilirlər.