Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Stressi necə nəzarətdə saxlamaq olar

Orkhan Ali 22 Yanvar 2026 - 08:33 (Last updated: 22 Yanvar 2026 - 07:35)
Stress

Stress

Müasir dövrdə bir çox insana elə gəlir ki, stress həyatın ayrılmaz hissəsidir və ona təsir göstərmək mümkün deyil. Lakin mütəxəssislər bildirir ki, insan stress səviyyəsi üzərində düşündüyündən qat-qat daha çox nəzarət imkanına malikdir.

AzPost RBK-Ukraynaya istinadla professor və diyetoloq Oleq Şvetsin sosial şəbəkədə paylaşdığı tövsiyələrə istinadən stresslə mübarizənin əsas yollarını təqdim edir.

Stressi idarə etməyi niyə öyrənməliyik?

Xroniki stress fiziki, psixoloji və emosional sağlamlığa ciddi zərər vurur. O, diqqətin zəifləməsinə, düzgün qərar vermək qabiliyyətinin azalmasına və həyatdan zövq almağın çətinləşməsinə səbəb olur. Uzunmüddətli stress isə tükənmişlik sindromu və müxtəlif sağlamlıq problemləri ilə nəticələnə bilər.

Stress mənbələrini müəyyən edin

Təhlükə hissi, elektrik enerjisinin kəsilməsi, köç, itkilər kimi amillər stressin açıq səbəbləridir. Amma düşüncə tərzi və davranışla bağlı olan xroniki stress də az zərərli deyil. Gərginliyin yaranmasında öz rolunuzu dərk etmək dəyişiklik üçün ilk addımdır.

Stress gündəliyi aparın

Sizi narahat edən vəziyyətləri, həmin an keçirdiyiniz hissləri və verdiyiniz reaksiyaları yazmaq faydalıdır. Bu, təkrarlanan stress yaradan faktorları görməyə və nəyin gərginliyi artırdığını, nəyin azaltdığını anlamağa kömək edir.

Zərərli vərdişləri faydalı olanlarla əvəz edin

Alkoqol, həddindən artıq yemək, işi ertələmək və ya sosial təcrid yalnız müvəqqəti rahatlıq yaradır. Halbuki fiziki hərəkət, ünsiyyət, keyfiyyətli istirahət və düzgün planlaşdırma stressi uzunmüddətli perspektivdə azaldır.

Stressin idarə olunmasının dörd əsas prinsipi

Psixoloqlar tövsiyə edir ki, mümkün olduqda artıq stressdən qaçın, təsir edə bildiyiniz vəziyyətləri dəyişin, qaçılmaz amillərə münasibətinizi uyğunlaşdırın və dəyişdirilməsi mümkün olmayan halları qəbul edin.

Hər gün işə yarayan üsullar

Müntəzəm fiziki aktivlik, vaxtın düzgün idarə olunması, yaxın insanların dəstəyi, tam dincəlmə və sağlam həyat tərzi stressə davamlılığı artırır. Sadə addımlar – qısa gəzinti, dərin nəfəs alma və ya sevdiyiniz musiqini dinləmək belə gərginliyi tez bir zamanda azaltmağa kömək edə bilər.

Mütəxəssislər vurğulayır ki, stressi tamamilə aradan qaldırmaq mümkün olmasa da, onu idarə etmək və həyat keyfiyyətini qorumaq hər kəsin əlindədir.

AzPost.az

Post navigation

Previous: İstilikli yataqaltı ilə yatmaq təhlükəsizdirmi?
Next: Uzun müddət tox saxlayan 5 konserv məhsulu

Oxşar xəbərlər

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43

xƏBƏR

aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
Azərbaycan teatr və kino sənətinə ağır itki üz verib. Əməkdar mədəniyyət işçisi, tanınmış aktyor Aslan Fətullayev 70...
Read more about Tanınmış aktyor Aslan Fətullayev vəfat edib
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü ermeni hebs oldu
  • Dünya

Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü

User 10 Noyabr 2026 - 13:46
Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO bina sokuntu
  • Sosial

Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO

User 10 Noyabr 2026 - 13:35
Diplomlu gənclər niyə iş tapa bilmir? – Diplom var, iş yoxdur / TƏHLİL issizlik
  • Baş Yazı

Diplomlu gənclər niyə iş tapa bilmir? – Diplom var, iş yoxdur / TƏHLİL

User 10 Noyabr 2026 - 13:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.