Putinlə Tramp arasında telefon danışığı planlaşdırılmayıb

Putinin hazırda Trampla telefon danışığı planlaşdırılmayıb.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, hələlik Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırılmayıb, lakin bu, çox tez bir zamanda razılaşdırıla bilər.

“Amerika tərəfi ilə mövcud ünsiyyət və dialoq kanalları bizə ikitərəfli əlaqələri ən yüksək səviyyədə dərhal effektiv şəkildə əlaqələndirməyə imkan verir”, – Kremlin sözçüsü vurğulayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.