Ermənistan Azərbaycanın COP17-də iştirakı üçün tezliklə rəsmi dəvət göndərəcək

Ermənistan COP17-də Azərbaycan nümayəndə heyətini qəbul etməyə hazırdır, tezliklə rəsmi dəvət göndəriləcək.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ətraf mühit naziri Ambartsum Matevosyan bildirib.

Onun sözlərinə görə, BMT-nin Biomüxtəliflik Konvensiyası Tərəflərinin 17-ci sammitinin keçirilməsi barədə bildirişlər artıq qurumun bütün 196 üzv ölkəsinə göndərilib, tezliklə isə rəsmi dəvətlər çatdırılacaq.

Qeyd edək ki, COP17 bu il oktyabrın 18-30-da Ermənistanda keçiriləcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.