Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • Araşdırma

Kredit borcu adınıza olan digər bank hesabınızdan silinə bilərmi?

Orkhan Ali 27 Yanvar 2026 - 11:15 (Last updated: 27 Yanvar 2026 - 11:14)
Kredit borcu

Kredit borcu

Bank xidmətlərindən istifadə zamanı müştərilərə təqdim edilən müqavilə və ərizələrdə yer alan şərtlər hüquqi baxımdan mühüm əhəmiyyət daşıyır. Xüsusilə kredit kartlarının yenilənməsi zamanı təqdim edilən sənədlərdə maliyyə öhdəliklərinə dair maddələr vətəndaşların hüquqları baxımından diqqət mərkəzindədir.

AzPost xəbər verir ki, Kapital Bank müştərilərindən biri kredit kartının müddətinin başa çatması səbəbilə Birbank platforması üzərindən yeni kart sifariş etmək istəyərkən, kredit ödənişində gecikmə baş verdiyi halda borcun bankdakı və digər banklarda olan hesab və kartlardan avtomatik tutulmasına razılıq verilməsini nəzərdə tutan ərizə ilə qarşılaşıb.

Məsələ ilə bağlı aparılan araşdırmalar göstərir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən tərəflər müqavilə bağlamaqda azaddır. Lakin bu azadlıq qanunvericiliyin tələblərini və vətəndaşların mülkiyyət hüquqlarını məhdudlaşdıra bilməz.

Mövcud hüquqi praktikada kredit öhdəliklərinin icra edilməməsi hallarında borcun tutulması, əsasən, məhkəmə qərarı və ya icra sənədi əsasında həyata keçirilir. Bank və müştəri arasında bağlanan müqavilələrdə öncədən razılıq əsasında avtomatik tutulma mexanizmi nəzərdə tutula bilər, lakin bu mexanizm adətən yalnız həmin bankda açılmış hesab və kartlara şamil olunur.

Digər banklarda açılmış hesab və kartlara müdaxilə isə ayrıca hüquqi əsas tələb edir. Qanunvericiliyə görə, bir bankın digər bankda yerləşən vəsaitlərə çıxışı yalnız məhkəmə qərarı, icra məmurunun tələbi və ya qanunla nəzərdə tutulmuş hallar çərçivəsində mümkündür.

Hüquqşünaslar bildirirlər ki, borcun tutulması zamanı vətəndaşın bütün vəsaitinin deyil, qanunla müəyyən edilmiş hissəsinin tutulması prinsipi tətbiq edilir. Bu yanaşma vətəndaşın minimum yaşayış imkanlarının qorunmasına xidmət edir. Bu baxımdan, məhkəmə mexanizmini istisna edən və tam məbləğin avtomatik tutulmasını nəzərdə tutan müqavilə şərtləri hüquqi mübahisə predmeti ola bilər.

AzPost.az

Post navigation

Previous: Bu şəxsləri 800 manatadək cərimə gözləyir
Next: Azercell 4.90-lıq internet paketini 12 manata qaldırıb?

Oxşar xəbərlər

tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43
AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17
qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02

xƏBƏR

ilham xankendi
  • Baş Yazı

İlham Əliyev Xankəndidə -Təməlqoyma mərasimlərində iştirak edib

User 07 Noyabr 2026 - 11:25
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində...
Read more about İlham Əliyev Xankəndidə -Təməlqoyma mərasimlərində iştirak edib
7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir? burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
Senator Sanders İrana qarşı müharibənin pulunu kəsməyə çağırdı Super Tuesday primary election day
  • Dünya

Senator Sanders İrana qarşı müharibənin pulunu kəsməyə çağırdı

User 07 Noyabr 2026 - 11:07
ABŞ İrana qarşı 20 milyon dollar mükafat elan etdi – Vaşinqton hansı məlumatları axtarır? iran abs xerite
  • Dünya

ABŞ İrana qarşı 20 milyon dollar mükafat elan etdi – Vaşinqton hansı məlumatları axtarır?

User 07 Noyabr 2026 - 10:55
AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.