Günəş Yer üçün “xoşagəlməz sürpriz” hazırlayır

Alimlər fevralın 6-da Yer kürəsində maqnit qasırğası ehtimalı barədə xəbərdarlıq ediblər. Mütəxəssislərin proqnozuna görə, bu tarixdə Günəş fəallığının artması nəticəsində G1 səviyyəli zəif maqnit qasırğası baş verə bilər.

AzPost xəbər verir ki, bu barədə Günəş astronomiyası üzrə ixtisaslaşmış elmi mərkəzlər açıqlama yayıb. Bildirilib ki, yaxın günlərdə Yer ətrafındakı geomaqnit vəziyyət əsasən stabil qalacaq. Fevralın 4-dək ciddi narahatlıq doğuran dəyişikliklər gözlənilmir.

Lakin alimlərin fikrincə, fevralın 5-dən etibarən kosmik hava şəraiti tədricən gərginləşməyə başlayacaq. Günəşdən ayrılan zəif plazma axınlarının Yerə təsiri nəticəsində geomaqnit sahəsində dalğalanmalar yarana bilər. Bu prosesin pik nöqtəsinin isə fevralın 6-da olacağı ehtimal edilir.

Qeyd olunur ki, G1 səviyyəli maqnit qasırğaları təhlükəli hesab edilmir. Buna baxmayaraq, bəzi insanlarda – xüsusilə meteohəssas şəxslərdə – baş ağrısı, halsızlıq, yuxusuzluq və diqqət dağınıqlığı kimi hallar müşahidə oluna bilər. Eyni zamanda rabitə sistemlərində və naviqasiya cihazlarında cüzi nasazlıqların yaranması da istisna edilmir.

Mütəxəssislər tövsiyə edirlər ki, həmin günlərdə xroniki xəstəliyi olan şəxslər fiziki yüklənməni azaltsın, kifayət qədər su qəbul etsin və istirahət rejiminə xüsusi diqqət yetirsinlər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.