Moskvada Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdi edilib.
İstintaq Komitəsi hadisənin Volokolamsk şosesində baş verdiyini açıqlayıb.
Bildirilib ki, naməlum şəxs 24-cü mərtəbədə yaşayan Alekseyevə bir neçə dəfə arxadan atəş açıb.
General sağ qalıb və xəstəxanaya yerləşdirilib.
Moskva İstintaq Komitəsinin müstəntiqləri kamera görüntülərini araşdırır və şübhəlini axtarır.
General-leytenant Vladimir Alekseyev 2011-ci ildən QRU rəisinin birinci müavini vəzifəsində çalışır. 2017-ci ildə ona Rusiya Qəhrəmanı adı verilib.
Müstəntiqlər hadisə yerində işləyir.