“m10 sistemi ətrafında baş verənlər ciddi miqyas alır” –"Kapital Bankda da buna niyə xarici vətəndaş rəhbərlik edir?" /EKSPERT ŞƏRHİ

Osman Gündüz
Osman Gündüz
“m10 insidenti artıq fintex problemi yox, milli təhlükəsizlik məsələsidir“.
Azpost.info bildirir ki, bu barədə Milli İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
Onun sözlərinə görə, m10 ətrafında baş verənlər getdikcə daha ciddi miqyas alır. Artıq söhbət milyonlarla, hətta bəzi mənbələrə görə milyardlarla manatlıq dövriyyədən getdiyi bildirilir. Bu günlərdə məlumat verildi ki Mərkəzi Bankda fintex rəhbərləri ilə görüş keçirilib. Güman ki baş verənlər orada da müzakirə predmeti olub.
Hələlik MB bununla bağlı açıqlama verməyib.
“Görünən odur ki, elektron pul və fintex sektorunda problemlər hələ də qalır. m10-nun, PashaPay-in kritik informasiya infrastrukturu siyahısına daxil olub-olmadığı ictimaiyyətə məlum deyil, çünki bu siyahı qapalıdır. Amma istənilən halda ortada böyük miqyaslı kiber insident var. Bu, istər DTX-nın Milli Kibertəhlükəsizlik Mərkəzinin, istərsə də DİN -nin Kibercinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin perimetrinə daxil olmasından asılı olmayaraq çox ciddi hadisəsidir”-deyə ekspert vurğulayıb.
O.Gündüzün fikrincə, bir məqam da xüsusi diqqət çəkir: Bank sektorunda kiber fırıldaqlar mövzusunda əvvəllər də qeyd etmişdim ki, bankların data və İT mərkəzlərində, xüsusilə rəhbər səviyyəsində xarici vətəndaşların olması əlavə risklər yaradır. Maraqlıdır ki , m10-un “söykəndiyi” Kapital Bankda da bu sahəyə xarici vətəndaş rəhbərlik edir. Yeni qanunvericilikdə kritik infrastrukturu audit edən şəxsin mütləq Azərbaycan vətəndaşı olması tələbi var. Amma həmin kritik sistemlərə rəhbərlik edən şəxsin vətəndaşlığı ilə bağlı konkret tələb mövcud deyil. Yəni , absurd vəziyyətdir, yoxlayan mütləq ölkə vətəndaşı olmalıdır, yoxlanılana rəhbərlik edən isə xarici ola bilər.
Ümid edirəm ki, məsələ bütün aidiyyəti qurumların diqqətindədir və baş verənlər obyektiv araşdırılır”-deyə O.Gündüz vurğulayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.