Britaniyada qadın ilk dəfə dövlət qulluğuna rəhbər təyin edilib

Böyük Britaniyanın Baş naziri Kir Starmer dövlət qulluğuna ilk dəfə qadın rəhbər təyin edib.

“Reuters” xəbər verir ki, Antonia Romeo Nazirlər Kabinetinin katibi vəzifəsinə təyin olunub. Bununla da o, ölkənin ən yüksək dövlət qulluğu postunu tutan ilk qadın olub. Antonia Romeo hökumətin islahat gündəliyini irəli aparmaqla və dövlət aparatında dəyişiklikləri sürətləndirməklə vəzifələndirilib.

Romeo bu postda Kris Uormaldu əvəz edəcək. O, ötən həftə hökuməti tərk edib. Uormaldun gedişi Piter Mandelsonun Böyük Britaniyanın Amerika Birləşmiş Ştatlarında səfiri təyin olunması ilə bağlı yaranmış mübahisələr fonunda baş verib. Antonia Romeo indiyədək bir sıra dövlət qurumlarında, o cümlədən Daxili İşlər Nazirliyində çalışıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.