Yeni Azərbaycan Partiyası 2 mindən artıq üzvü partiya sıralarından xaric edib.
Azpost.info bildirir ki, bu barədə Gununsesi.info– nun YAP-ın Mərkəzi Aparatından əldə etdiyi özəl məlumatda bildirilir.
Məlumata görə, bu qərara səbəb həmin şəxslərin üzvlük haqqını ödəməməsi olub.
Belə ki, xəbərdarlıqlara baxmayaraq, həmin şəxslər son 1 ili üzvlük haqqını ödəməkdən yayınıb. Buna görə də partiya rəhbərliyi belə bir qərar qəbul etmək məcburiyyətində qalıb.
Bundan başqa YAP-ın cinayət məsuliyyətinə cəlb olunan şəxslərinin də sayı bəlli olub.
Məlumata görə, hakim partiyanın üzvü olan 174 nəfər cinayət məsuliyyətinə cəlb olunub.
Onlardan 157 nəfəri barəsində həbs qərarı verilib.