“Rusiyanın İrana hərbi dəstək verməklə bağlı öhdəliyi yoxdur” –Kremldən açıqlama

Rusiya ABŞ və İran arasında danışıqlarda irəliləyiş barədə xəbərlərdən sonra vəziyyətin pisləşməsindən məyus olub“.

Azpost.info bildirir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mediaya açıqlamasında deyib.

“ABŞ və İran arasında Omanın vasitəçiliyi ilə aparılan danışıqlarla bağlı bizim dərin məyusluğumuz var. Əhəmiyyətli irəliləyiş barədə xəbərlərə baxmayaraq vəziyyət yenə də pisləşib”, – deyə Peskov qeyd edib.

Peskov həmçinin eyib ki, Rusiya prezidenti Vladimir Putin 2 mart tarixində İran ətrafındakı vəziyyətlə bağlı beynəlxalq telefon danışığı aparacaq. “Görüşlər, konfranslar, daxili və beynəlxalq telefon danışıqları davam edir. Bu, təbii ki, İran ətrafındakı vəziyyətlə bağlıdır”, – deyə Peskov jurnalistlərə bildirib.

Kreml həmçinin Rusiyanın BRİKS üzvü olan İran ətrafında gərginləşən vəziyyət fonunda bu ölkəyə yardım göstərməyə özünü borclu hesab etməməsinin səbəbini izah edib. Moskva nümayəndələrinin sözlərinə görə, BRICS üzvlüyü özü avtomatik olaraq hərbi və ya digər dəstək üzrə öhdəliklər demək deyil.

Kreml Rusiyanın İran rəhbərliyi ilə daim əlaqə saxladığını və hadisələri müzakirə etdiyini vurğulayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, İran ətrafında baş verən hadisələrə baxmayaraq, Moskva ilk növbədə öz milli maraqlarını rəhbər tutur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.