Azərbaycanın və Pakistanın parlament sədrləri telefonla danışdı

Martın 9-da Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Milli Məclisin sədri Sahibə Qafarovaya telefonla zəng edib.

Milli Məclisdən verilən məlumata görə, telefon danışığı zamanı regionda baş verən proseslərdən narahatlıq ifadə olunub.

Tərəflər, həmçinin Azərbaycan Milli Məclisi və Pakistan Milli Assambleyası arasında ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər. Sülh, sabitlik və əməkdaşlıq baxımından parlamentlər arasında dialoqun əhəmiyyəti qeyd olunub.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.