ABŞ Türkiyədəki konsulluq əməkdaşlarını və vətəndaşlarını ölkəni tərk etməyə çağırdı

Dövlət Departamenti ABŞ Türkiyənin Adana şəhərindəki Baş Konsulluğunun əməkdaşlarını və onların ailə üzvlərini konsulluq ərazisini tərk etməyə çağırıb.

Azpost.info bildirir ki, bu barədə açıqlanan rəsmi məlumatda bu addımın təhlükəsizlik səbəbi ilə izah edilib.

Dövlət Departamenti həmçinin Türkiyənin cənub-şərqində yerləşən amerikalılara ölkəni dərhal tərk etmələri tövsiyə edib.

Adanada ABŞ Konsulluğu bütün konsulluq xidmətlərini dayandırıb. Amerikalılar konsulluq xidmətləri üçün Ankaradakı ABŞ səfirliyində və ya İstanbuldakı ABŞ Baş Konsulluğunda müraciət etməlidirlər.

 

Azpost.info bildirir ki,  Türkiyənin cənubundakı Adana şəhəri yaxınlığında ABŞ-ın İncirlik hərbi hava bazası  yerləşir. Bu, ABŞ və NATO Hərbi Hava Qüvvələrinin Avropadakı ən şərqdə yerləşən bazasıdır.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.