Ceyhun Bayramov və Abbas Əraqçi telefonla danışdı –Nələr müzakirə olunub? /RƏSMİ

17 mart Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

Bu barədə Azpost.info-ya XİN mətbuat xidmətindən bildirilib.

Telefon danışığı zamanı, regional vəziyyət və ikitərəfli əlaqələr müzakirə olunub.

Nazir Ceyhun Bayramov İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumlarından sonra verilmiş vədə uyğun olaraq, İran tərəfindən araşdırmaların tamamlanmasının vacibliyini diqqətə çatdırıb.

Ümumilikdə, aparılan müharibə zamanı mülki obyektlərin hədəf alınmamasının zəruriliyi, bölgədə hərbi eskalasiyaya qısa müddət ərzində son qoyulmasının və mövcud çətinliklərin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı olduğumuz vurğulanıb.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

**

İran və Azərbaycan xarici işlər nazirləri Abbas Əraqçi və Ceyhun Bayramov telefonla danışıb.

Tərəflər regionda son vəziyyəti və ikitərəfli münasibətləri müzakirə ediblər.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.