İran kəşfiyyatı İsrailin yüksək vəzifəli rəsmisinin zərərsizləşdirildiyini açıqlayıb.
Bu barədə “Fars” agentliyi məlumat yayıb.
SEPAH kəşfiyyatı “hədəfin uğurla məhv edildiyini” bildirib.
Fars xəbər agentliyinin məlumatına görə, təhlükəsizlik kabinetinin yüksək vəzifəli üzvü təxminən bir saat əvvəl İran xüsusi təyinatlılarının əməliyyatları nəticəsində İsrail ərazisində öldürülüb.
Bu məsələ ilə bağlı hazırda əlavə məlumat verilmir.