Qətər İsrailin İranın qaz yatağına hücumlarını “təhlükəli və məsuliyyətsiz” adlandırıb

İran və Qətər tərəfindən birgə istismar edilən Cənub Pars qaz yatağına hücuma görə məsuliyyət İsrailin üzərinə düşür.

Bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Majed əl-Ənsari “X” səhifəsində bildirib.

Ənsari hücumu “regionda mövcud hərbi gərginlik fonunda təhlükəli və məsuliyyətsiz addım” adlandırıb: “Enerji infrastrukturlarının hədəf alınması qlobal enerji təhlükəsizliyi üçün, həmçinin region xalqları və ətraf mühit üçün ciddi təhdiddir”.

XİN rəsmisi bütün tərəfləri vacib obyektlərin hədəf alınmasından çəkinməyə, beynəlxalq hüquqa riayət etməyə və regionun təhlükəsizliyini və sabitliyini qoruyacaq şəkildə gərginliyi azaltmağa çağırıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.