“Biz bu müharibədə qalib gəldik“.
Azpost.info bildirir ki, bu sözləri ABŞ prezidenti Tramp brifinqdə bəyan edib.
“Düşünürəm ki, biz buna son qoyacağıq, amma(vaxtı) dəqiq deyə bilmərəm”, – deyə Tramp bildirib.
Tramp daha sonra bunları deyib:
İranda böyük irəliləyişlər əldə edirik.
-“Biz doğru istiqamətdə olan insanlarla danışırıq, onlar həqiqətən razılaşma istəyirlər – bunu nə qədər istədiklərini bilmirsiniz.
-“Məlum oldu ki, biz hazırda İranla danışıqlar aparırıq. Onlar bunu Marko (dövlət katibi) , JD (vitse-prezident Vens) və başqaları ilə edirlər. Digər tərəf razılaşma istəyir.”
-“Demək olar ki, onların sahib olduğu hər şey yox olub. Yox olmayan bir şeyin adını çəkə bilərsinizmi? Qəzetləri oxusanız, heç-heçə etdiyimizi düşünərdiniz. Tehran üzərində sərbəstliyimiz var və istədiyimizi edə bilərik.
-“Onlar heç vaxt nüvə silahına sahib olmayacaqları ilə razılaşdılar”.
“-Onlar USS Abraham Linkolna 100 raket atdılar və hər biri dəniz üzərində vuruldu”.
-“Necə deyərlər, biz müharibə vəziyyətindəyik. Onlar buna müharibə deyirlər, mən isə hərbi əməliyyat adlandırıram, çox uğurlu bir əməliyyat”.
-“Biz İranda rejimi faktiki olaraq dəyişdirdik. Bu, rejim dəyişikliyidir, çünki indi liderlər başladığımız liderlərdən tamamilə fərqlidirlər”.
-“Onlar bizə böyük bir hədiyyə verdilər — bu gün gəldi. Bu, neft və qazla bağlıdır. Biz düzgün insanlarla işləyirik”.