ABŞ İranda əməkdaşlıq etməyə hazır olan və Amerikanın ölməsini istəməyən bir lideri görməyə üstünlük verir.
Azpost.info bildirir ki, bu barədə Ağ Evin sözçüsü Kerolin Levit deyib.
Levit jurnalistlərə bildirib ki, “ABŞ İranda ABŞ ilə əməkdaşlıq etməyə hazır olan və artıq “Amerikaya ölüm” şüarı səsləndirməyən birini görməyə üstünlük verərdi”.
O bildirib ki, bu, həm ABŞ, həm də müttəfiqləri üçün yaxşı olardı.