İranda heç kim ölkəyə rəhbərlik etmək istəmir.
Azpost.info bildirir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.
Onun sözlərinə görə, əvvəl heç kim İranda ölkəyə rəhbərlik etməkdən imtina etməyib.
“Onların bəzi açıqlamalarını eşidirik, çox aydın eşidirik, onlar deyirlər: “Xeyr, təşəkkür edirəm, mən bunu istəmirəm”-deyə Tramp bildirib.
Tramp əlavə edib ki, “müharibə” sözünü işlətməyəcək, çünki bu, ən yaxşı həll yolu deyil.
“Buna görə də mən “hərbi əməliyyat” sözünü işlədəcəyəm. Biz səkkiz müharibəni həll etmişik, insanlar bəzən bunu unudurlar”, -deyə o vurğulayıb.