İrana qarşı dəniz blokadası qüvvədə qalacaq.
Bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.
O qeyd edib ki, Hörmüz boğazı tamamilə açıqdır, ticarət və tam keçid üçün hazırdır.
Tramp bildirib ki, lakin bununla belə, İrana qarşı dəniz blokadası tam qüvvədə qalacaq.
“Bu, İranla razılaşmamız 100% tamamlana qədər davam edəcək. Bu proses çox cəld şəkildə irəliləməlidir. Maddələrin çoxu artıq razılaşdırılıb”, – Tramp vurğulayıb.
Xatırladaq ki, xarici işlər naziri Abbas Əraqçi İranın Hörmüz boğazını açdığını bildirib.
O qeyd edib ki, Livandakı atəşkəsə uyğun olaraq, bütün ticarət gəmilərinin Hörmüz boğazından keçidi atəşkəs müddəti ərzində tam açıq elan olunur.
ABŞ Prezidenti Donald Tramp isə Hörmüz boğazını açdığı üçün İrana təşəkkür edib.