SSRİ idman ustası Validə Novruzova vəfat edib

SSRİ idman ustası, Azərbaycanın fəxri bədən tərbiyəsi və idman xadimi Validə Novruzova vəfat edib.
Azpost.info bildirir ki, bu barədə Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası İctimai Birliyi məlumat yayıb.
V.Novruzova Assosiasiyanın Protokol və Sənədlərlə iş şöbəsinin mütəxəssisi vəzifəsində çalışıb. O, kamandan oxatma idman növü üzrə SSRİ idman ustası idi.
Validə Novruzova uzun illər ərzində idman sahəsinin inkişafına mühüm töhfələr verib, peşəkarlığı və yüksək insani keyfiyyətləri ilə hər zaman hörmət qazanıb.
Allah rəhmət eləsin!

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.