ABŞ prezidenti Donald Tramp İranla münaqişəyə son qoymaq üçün təzyiq altında olmadığını və gözləməyə hazır olduğunu bildirib.
Azpost.info bildirir ki, o, bunu sosial media hesabında yazıb.
Postda Tramp İranın hərbi potensialını qiymətləndirib və vəziyyətin pisləşdiyini vurğulayıb: “İranın donanması dənizin dibindədir, hava qüvvələri məhv edilib, hava hücumundan müdafiə sistemləri və radar sistemləri məhv edilib… Zaman onların tərəfində deyil”.
ABŞ prezidenti bu vəziyyətdə “bəlkə də ən az təzyiq altında olan şəxs” olduğunu və kifayət qədər vaxtı olduğunu, İranın isə olmadığını bildirib.
Tramp həmçinin “The New York Times” və “CNN” də daxil olmaqla Amerika media qurumlarını tənqid edərək onları auditoriyalarının etimadını itirməkdə ittiham edib.
O, mümkün razılaşmanın yalnız ABŞ, müttəfiqləri və “dünyanın qalan hissəsi” üçün faydalı olacağı təqdirdə əldə ediləcəyini vurğulayıb.