Xəzər dənizində zəlzələ baş verib.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 21:09-da 4,2 maqnitudalı zəlzələ qeydə alınıb.
Zəlzələnin ocağı 74 kilometr dərinlikdə yerləşib.