Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

“İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilib

User 01 May 2026 - 19:20
forum

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum keçirilib.

Açılış mərasimində çıxış edən MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin Qarabağ və Şərqi Zəngəzurun simasını köklü şəkildə dəyişdiyini bildirib.

Əhməd İsmayılovun sözlərinə görə, COP29 zamanı sınaqdan çıxmış effektiv kommunikasiya modeli sübut etdi ki, dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən layiqincə gəlməyə imkan verir.

“WUF13 zamanı da oxşar nailiyyətlərimiz təkrarlanacaq və daha böyük peşəkar uğurlara imza atacağıq”, – o əlavə edib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov ölkə üzrə genişzolaqlı internet şəbəkələrinin informasiya əldə olunmasını asanlaşdırdığını, süni intellekt alətlərinin isə məlumatların daha effektiv emalına şərait yaratdığını qeyd edib.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov isə məktəblərin 63 faizinin internetə çıxışı olduğunu və bu göstəricinin bütün məktəbləri əhatə etməsinin planlaşdırıldığını bildirib.

Forum çərçivəsində “Şəhərsalma və Memarlıq İli”ndə media gündəmi”, “Rəqəmsal mühitdə gözlənilməz risklər: Zərərli informasiyaya qarşı birgə mübarizə” və “Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya” adlı panel müzakirələr baş tutub.

“Şəhərsalma və Memarlıq İli”nə həsr olunan panel sessiyada bildirilib ki, 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması bu sahədə aparılan islahatların davamıdır və WUF13-ün ölkədə keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Vurğulanıb ki, artan çağırışlar medianın daha fəal və məsuliyyətli iştirakını zəruri edir.

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin məzmun və media əlaqələri üzrə baş meneceri Eldar Rəsulov bildirib ki, 800-dən çox media nümayəndəsi akkreditasiyadan keçib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi Fariz Hüseynli isə qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə 68 abidə tamamilə məhv edilib, 114 abidə isə ciddi zərər görüb.

“Rəqəmsal mühitdə gözlənilməz risklər: Zərərli informasiyaya qarşı birgə mübarizə” panelində çıxış edən Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova-Məmmədova rəqəmsal təhlükəsizliyin təhsil kurikulumuna inteqrasiya olunduğunu bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov uşaq hüquqlarının müdafiəsi ilə 11 qurumun məşğul olduğunu və zərərli məzmunla mübarizənin vacibliyini qeyd edib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Maarifləndirmə və təhqiqat sektorunun müdiri Esmira Qasımova isə sosial platformalarda istifadəçilərin kiberbullinqə məruz qala bildiyini vurğulayıb. Ümumilikdə bildirilib ki, media informasiya təhlükəsizliyində həm maarifləndirici, həm də qoruyucu rol oynayır.

“Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya” panelində rəqəmsal inkişafın media sektoruna təsiri, süni intellektin yaratdığı imkanlar və dezinformasiya riskləri müzakirə olunub. Qeyd edilib ki, media nümayəndələrinin innovativ alətlərdən etik və effektiv istifadə etməsi, texnoloji yeniliklərə uyğunlaşması və informasiya etibarlılığını qoruması xüsusi əhəmiyyət daşıyır.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin rəisi Murad Balayev bildirib ki, süni intellektlə gücləndirilmiş müasir fişinq hücumları əvvəlkilərdən daha mürəkkəbdir. Onun sözlərinə görə, ənənəvi fişinq hücumlarında klikləmə göstəricisi 12% olduğu halda, süni intellektlə gücləndirilmiş hücumlarda bu rəqəm təxminən 50%-ə çatır.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Media təhlil şöbəsinin müdiri Səbinə Seyidova çıxışında bildirib ki, süni intellektə keçməzdən əvvəl yeni mediaya nəzər salmaq lazımdır. O qeyd edib ki, süni intellektin yayılması media üçün xüsusi imkanlar açsa da, eyni zamanda ciddi risklər də yaradır.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya Təhlükəsizliyi departamentinin müdir müavini İlkin Əzizov çıxışı zamanı bildirib ki, artıq dünya süni intellektdən necə qorunmağın yollarını axtarır. Onun sözlərinə görə, müəssisələrin 43 faizi süni intellektdən istifadə edir.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Təhlil və Monitorinq şöbəsinin rəisi Əzizə Vidadi çıxışında süni intellektin iqtisadiyyata təsirindən bəhs edib.

Sonda iştirakçıların sualları cavablandırılıb və Forum öz işini yekunlaşdırıb.

AzPost.az

Post navigation

Previous: Prezident və ailəsi yenidən qurulan İslam Səfərli küçəsinin açılışında
Next: İran səmasında xarici ölkələrə məxsus PUA-lar uçub

Oxşar xəbərlər

media aciqlama soyud
  • Media

Söyüdlü kəndinin boşaldılacağı iddiasına rəsmi cavab – Dezinformasiya yayıldı

User 15 Noyabr 2026 - 16:26
sosial sebeke
  • Media

Azərbaycanda ən populyar sosial şəbəkə hansıdır? – Facebook geridə, Instagram nə yerdədir? / STATİSTİKA

User 14 Noyabr 2026 - 15:15
media yayim açlqma
  • Media

Media və Yayım Şurası açıqlama yaydı

User 13 Noyabr 2026 - 12:50

xƏBƏR

abs ordu
  • Dünya

ABŞ Avropada terror təhlükəsi ilə bağlı xəbərdarlıq etdi

User 16 Noyabr 2026 - 23:23
ABŞ-ın Avropa ölkələrində fəaliyyət göstərən səfirlikləri bayram mövsümü ərəfəsində mümkün terror hücumları təhlükəsi ilə əlaqədar Avropada olan...
Read more about ABŞ Avropada terror təhlükəsi ilə bağlı xəbərdarlıq etdi
Külək əsəndə qulaq və baş ağrıyırsa, səbəb nə ola bilər? – Həkimdən xəbərdarlıq qulaq
  • Maraqlı

Külək əsəndə qulaq və baş ağrıyırsa, səbəb nə ola bilər? – Həkimdən xəbərdarlıq

User 16 Noyabr 2026 - 22:50
İsti duş təzyiqi qəfil sala bilər – Kimlər ehtiyatlı olmalıdır? Duş
  • Maraqlı

İsti duş təzyiqi qəfil sala bilər – Kimlər ehtiyatlı olmalıdır?

User 16 Noyabr 2026 - 22:40
MilliÖn-dən 500 manatdan çox ödəniş edənlər üçün -Şəxsiyyət təsdiqi tələb olunacaq Milliön
  • Sosial

MilliÖn-dən 500 manatdan çox ödəniş edənlər üçün -Şəxsiyyət təsdiqi tələb olunacaq

User 16 Noyabr 2026 - 22:01
Uşaqların psixoloji sağlamlığı üçün vacib məkan – Parkların gözlənilməz faydası park usaqlar
  • Maraqlı

Uşaqların psixoloji sağlamlığı üçün vacib məkan – Parkların gözlənilməz faydası

User 16 Noyabr 2026 - 21:46
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.