Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Tramp İrana hücumları yenidən başlamaq istəyir

User 12 May 2026 - 10:07 (Last updated: 12 May 2026 - 10:07)
tramp putinlə danisan zaman foto

ABŞ prezidenti Donald Tramp İran ərazisinə hücumların yenidən başlama ehtimalını müzakirə etmək üçün milli təhlükəsizlik komandası ilə görüşəcək.

 Azpost.info bildirir ki, bu barədə Axios nəşri mənbələrə istinadən xəbər verir.

“Prezident Tramp milli təhlükəsizlik komandası ilə İranla müharibədə növbəti addımları müzakirə etmək üçün görüşəcək və hərbi əməliyyatların yenidən başlama ehtimalı nəzərdən keçiriləcək”, – deyə nəşr üç ABŞ rəsmisinə istinadən bildirib.

Onların sözlərinə görə, ABŞ prezidenti hələ də münaqişəyə son qoyacaq bir razılığa gəlmək istəyir, lakin İranın mövqeyi vəziyyəti daha da çətinləşdirir.

Nəşrin məlumatına görə, prezidentin nəzərdən keçirdiyi variantlar arasında Hörmüz boğazında gəmiləri müşayiət edən Azadlıq Layihəsinin bərpası və İranın bombalanmasının bərpası var.

Görüşdə ABŞ vitse-prezidenti J.D. Vens, ABŞ prezidentinin müşaviri Stiv Vitkoff, dövlət katibi Marko Rubio, müdafiə katibi Pit Heqset, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff iştirak edəcək.

Axios xatırladır ki, son günlərdə Tramp danışıqların uğursuz olacağı təqdirdə İran infrastrukturuna mümkün zərbələrdən dəfələrlə bəhs edib.

AzPost.az

Post navigation

Previous: “Cənubi Qafqaz Rusiya üçün həyati əhəmiyyət kəsb edir” –
Next: Bədəni 4 yaş daha gənc göstərən pəhriz açıqlandı

Oxşar xəbərlər

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20

xƏBƏR

dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
2027-ci ildə Bakı İslam dünyasının mühüm siyasi toplantılarından birinə ev sahibliyi edəcək. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 16-cı...
Read more about Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
Avtomobil niyə əvvəlkindən çox yanacaq yandırır? avtomobil yol
  • Maraqlı

Avtomobil niyə əvvəlkindən çox yanacaq yandırır?

User 24 Oktyabr 2026 - 17:55
Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
Gündəlik gəzinti nə üçün vacibdir? gezmek
  • Maraqlı

Gündəlik gəzinti nə üçün vacibdir?

User 24 Oktyabr 2026 - 17:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.