Azərbaycan təmsilçisi “Avroviziya-2026”da mübarizəni dayandırıb.
ikinci yarımfinal mərhələsində Azərbaycanı JIVA səhnə adı ilə çıxış edən Cəmilə Həşimova təmsil edib.
Təmsilçimiz “Just Go” mahnısı ilə səhnəyə çıxaraq yarış proqramında ikinci nömrə ilə çıxış edib.
Səsvermənin nəticələrinə əsasən, Azərbaycanın yarışmadakı təmsilçisi JIVA finala vəsiqə qazana bilməyib.
Albaniya, Avstraliya, Bolqarıstan, Kipr, Çexiya, Danimarka, Malta, Norveç, Rumıniya və Ukrayna isə finala vəsiqə qazanıblar.
Qeyd edək ki, final mayın 16-da keçiriləcək.