İran Hörmüz boğazındakı nəzarət zonasını nümayiş etdirdi- İcazəni təqdim edin

İranın Fars körfəzinə nəzarət idarəsi (PGSA) İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nəzarət etdiyi dəniz zonasının xəritəsini dərc edib. Sənəddə Tehranın Hörmüz boğazındakı yurisdiksiyasının sərhədləri dəqiq göstərilib — indi onlar İran və BƏƏ ərazisindəki konkret coğrafi nöqtələr arasında təsbit edilib.

AzPost xəbər verir ki, yeni göstərişlərə əsasən, zona iki sahəni əhatə edir: birincisi İrandakı Kuh-e Mübarək dağı ilə BƏƏ-nin Füceyrə şəhərinin cənub hissəsi arasında uzanır, ikincisi isə qərb tərəfdən İranın Qeşm adasını BƏƏ-nin Ümmül-Quveyn şəhəri ilə birləşdirir. İndi bu sulardan keçmək üçün bütün gəmilər əvvəlcədən PGSA-dan icazə almağa borcludurlar.

Vəziyyət hərbi münaqişə fonunda kəskinləşib: fevral ayında ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə zərbələr endirib və regionun bir sıra ölkələrindəki ABŞ hərbi obyektlərinə hücum edib.

Bu hadisələrlə əlaqədar İran hakimiyyəti Hörmüz boğazını ABŞ, İsrail və İslam Respublikasına qarşı hərəkətləri dəstəkləyən dövlətlərlə əlaqəli gəmilər üçün bağlamaq qərarına gəlib. Bu, beynəlxalq dəniz daşımalarına ciddi təsir göstərə bilər — boğaz enerji resurslarının daşınmasında mühüm rol oynayır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.