Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Kupçasız evlərə çıxarış veriləcək, amma…

User 22 May 2026 - 09:58 (Last updated: 22 May 2026 - 09:58)
bina evler menziller

İqtisadiyyat naziri Mikayıl Cabbarov WUF13-un sessiyasında çıxışı zamanı bildirib ki, qanunsuz tikililərin leqallaşdırılması sosial problemlərin həllinə kömək etsə də, uzunmüddətli perspektivdə yeni risklər yarada bilər.

Azpost.info-nun məlumatına görə, nazir deyib ki, son illərdə Azərbaycanda çoxmənzilli yaşayış binalarının istismara qəbul prosedurları sadələşdirilib, şəhərsalma standartlarına cavab verən bəzi qeyri-rəsmi tikililər üçün isə amnistiya mexanizmləri tətbiq olunub.

Nazir qeyd edib ki, leqallaşdırma prosesinə ehtiyatla yanaşmaq vacibdir. Çünki qanunsuz tikililərə sadə amnistiyanın verilməsi müəyyən sosial problemləri qısa müddətdə həll etsə də, gələcəkdə icazəsiz tikintilərin artmasını təşviq edə bilər.

Bu açıqlama sənədsiz evlərlə bağlı perspektivdə hansı gözləntilər yaradır?

Rəsmi dövlət qurumlarının və iqtisadi təhlil mərkəzlərinin hesablamalarına əsasən, Azərbaycanda 500 mindən çox sənədsiz tikili və ev mövcuddur.

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri qurumunun açıqladığı son məlumatlara görə, ölkədə 400-500 min civarında sənədsiz və ya qanunvericilik baxımından sənədləşdirilməsi tamamilə qeyri-mümkün olan (mühafizə zonalarında yerləşən) tikili qeydə alınıb.

Sənədsiz evlərin böyük hissəsi paytaxtın payına düşür. Milli Məclisin Regional məsələlər komitəsinin rəsmi müzakirələrində təkcə Bakı şəhəri və onun ətraf qəsəbələrində 500 minə yaxın çıxarışsız evin olduğu bildirilir. Abşeron, Sabunçu, Binəqədi, Xətai və Suraxanı rayonları bu məsələdə öndə gedir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin qiymətləndirməsinə əsasən, ölkədəki sənədsiz fərdi yaşayış evlərinin ümumi bazar dəyəri 50 milyard manatdan çoxdur. Bu əmlakların sənədləşdirilməsi həm mülkiyyət hüquqlarının qorunması, həm də sığorta sənayesi və dövlət büdcəsi üçün böyük potensial daşıyır.

Ümumi statistikanın daxilində təqribən 60 minə yaxın fərdi ev yüksək gərginlikli elektrik xətləri, neft buruqları, magistral qaz-su kəmərləri və ya aktiv sürüşmə zonaları kimi yüksək riskli ərazilərdə inşa edildiyi üçün birbaşa təhlükəli qrup qəbul edilir.

Dəqiq və tam statistikanın çıxarılması məqsədilə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən genişmiqyaslı elektron inventarlaşdırma və kadastr yeniləmə işləri davam etdirilir.

Azərbaycanda sənədsiz fərdi yaşayış evlərinin leqallaşdırılması və çıxarış (kupça) verilməsi prosesi Nazirlər Kabinetinin 9 fevral 2026-cı il tarixli qərarı ilə təsdiq edilmiş yeni qaydalar əsasında aparılır. Yeni qaydalara əsasən, sənədləşdirmə proseduru sadələşdirilib və əmlak sahiblərinə bəzi hallarda 15 iş günü müddətində çıxarış almaq imkanı yaradılıb.

Məsələ həllini tapsa ölkədə uzun illərdən bəri müzakirə olunan böyük sosial məsələ gündəmdən çıxacaq.

Samir Abdullayev

 

AzPost.az

Post navigation

Previous: AQC nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Next: Bakı-Tbilisi qatarına bir günə 1000 bilet satıldı

Oxşar xəbərlər

elmar esas
  • Sosial

Kafedə kütləvi davanın 2 təqsirkarı haqqında həbs qərarı verildi – VİDEO

User 26 Oktyabr 2026 - 19:03
teymur yehya
  • Sosial

Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib

User 26 Oktyabr 2026 - 17:11
Bələdiyyələr
  • Sosial

İcra məmuru üzrə müsabiqənin söhbət mərhələsinə başlanılır

User 26 Oktyabr 2026 - 15:17

xƏBƏR

mekke-sazisi
  • Dünya

İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul edib

User 26 Oktyabr 2026 - 20:02
Tehranda İran, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksək səviyyəli rəsmiləri arasında keçirilən görüşdə bəyanat qəbul edilib. Bu...
Read more about İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul edib
Kafedə kütləvi davanın 2 təqsirkarı haqqında həbs qərarı verildi – VİDEO elmar esas
  • Sosial

Kafedə kütləvi davanın 2 təqsirkarı haqqında həbs qərarı verildi – VİDEO

User 26 Oktyabr 2026 - 19:03
“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev hikmet01
  • Siyasət

“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev

User 26 Oktyabr 2026 - 17:45
Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı? tramp netanyahu
  • Dünya

Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı?

User 26 Oktyabr 2026 - 17:39
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib teymur yehya
  • Sosial

Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib

User 26 Oktyabr 2026 - 17:11
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.