Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • QHT

AQC nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib

Orkhan Ali 22 May 2026 - 09:51 (Last updated: 22 May 2026 - 09:51)
Latviya-səfirlik

Latviya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) rəhbərliyi və nümayəndə heyəti Azərbaycan Respublikasının Latviyadakı Səfirliyini ziyarət edib. Səfər çərçivəsində ölkəmizin Latviyadakı Konsulu Bəxtiyar Musayev ilə rəsmi və olduqca məhsuldar bir görüş baş tutub.

Görüş zamanı AQC İdarə Heyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti, iqtisadçı-ekspert Vüqar Oruc rəhbərlik etdiyi qurumun genişmiqyaslı fəaliyyəti, Azərbaycanın qiymətləndirmə sektorunda həyata keçirilən köklü islahatlar və qazanılan uğurlar barədə cənab konsula ətraflı məlumat verib. V. Oruc xüsusilə vurğulayıb ki Prezident İlham Əliyevin birbaşa dəstəyi və diqqəti sayəsində ölkədə qiymətləndirmə fəaliyyəti haqqında yeni qanun qəbul edilib və bu, sahənin inkişafında yeni bir mərhələnin əsasını qoyub. O, həmçinin Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qiymətləndiricilərin peşə ixtisas imtahanlarının keçirilməsini və bu prosesdə AQC-nin yaxından iştirakını diqqətə çatdırıb.

AQC-nin beynəlxalq müstəvidəki fəaliyyətinə toxunan İdarə Heyətinin sədri, cəmiyyətin Türk dünyası miqyasında qiymətləndiricilərin inteqrasiya proseslərinin əsas təşəbbüskarlarından biri olduğunu qeyd edib. Eyni zamanda, AQC-nin qlobal arenada mövqeyinin gücləndiyini bildirən V. Oruc, qurumun Beynəlxalq Qiymətləndirmə Standartları Komitəsinə (IVSC) üzv qəbul edildiyini və Avropa Qiymətləndiricilər Birlikləri Qrupuna (TEGOVA) üzvlüklə bağlı rəsmi müraciətin edildiyini konsulun diqqətinə çatdırıb.

Azərbaycanın Latviyadakı Konsulu Bəxtiyar Musayev AQC nümayəndə heyətini rəsmi nümayəndəlikdə salamlamaqdan böyük məmnunluq duyduğunu ifadə edib. Konsul, Azərbaycanın peşəkar institutlarının beynəlxalq səviyyədə, xüsusilə Avropa məkanında uğurla təmsil olunmasına və bu istiqamətdə göstərdiyi yüksək fəallığa görə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyinə təşəkkürünü bildirib. O, AQC heyətinə Latviya səfəri çərçivəsində keçirəcəkləri görüşlərdə və gələcək beynəlxalq fəaliyyətlərində uğurlar arzulayaraq, səfirlik tərəfindən hər zaman lazımi dəstəyin göstəriləcəyini vurğulayıb.

Görüşün sonunda tərəflər xatirə fotosu çəkdirib.

Qeyd edək ki, görüşdə AQC sədrinin birinci müavini Fərid Rüstəmov, sədr müavini Nail Həşimov, sədrin müşaviri İradə Şükürova, Beynəlxalq Əlaqələr departamentinin rəhbəri Asif Yusubov və AQC Peşəkar Qiymətləndiricilər Şurasının üzvü Ellada Rüstəmova iştirak ediblər.

AzPost.az

Post navigation

Previous: 40 yaşdan yuxarı qadınlar üçün ən yaxşı səhər yeməyi budur
Next: Kupçasız evlərə çıxarış veriləcək, amma…

Oxşar xəbərlər

qht kasfen
  • QHT

“Rəqəmsal İpək Yolu” ortaq texnoloji əməkdaşlıq modeli kimi

User 26 Oktyabr 2026 - 11:15
qht aile01
  • QHT

“İnsan alveri sosial bəla kimi” layihəsi sona çatıb

User 26 Oktyabr 2026 - 10:50
qht mina01
  • QHT

QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib

User 24 Oktyabr 2026 - 14:20

xƏBƏR

elmar esas
  • Sosial

Kafedə kütləvi davanın 2 təqsirkarı haqqında həbs qərarı verildi – VİDEO

User 26 Oktyabr 2026 - 19:03
Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılıb. “Qafqazinfo”nun məlumatına görə, Binəqədi Rayon...
Read more about Kafedə kütləvi davanın 2 təqsirkarı haqqında həbs qərarı verildi – VİDEO
“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev hikmet01
  • Siyasət

“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev

User 26 Oktyabr 2026 - 17:45
Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı? tramp netanyahu
  • Dünya

Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı?

User 26 Oktyabr 2026 - 17:39
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib teymur yehya
  • Sosial

Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib

User 26 Oktyabr 2026 - 17:11
Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL gunes stansiyasi
  • Baş Yazı

Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL

User 26 Oktyabr 2026 - 16:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.