Rusiyada ilk dəfə –Yamal və Ural bölgələrində raket həyəcanı verildi

Rusiyanın Yamal-Nen Muxtar Dairəsində raket həyəcanı elan edilib.

Azpost.info-nun məlumatına görə, bu barədə regional hökumət bildirib.

“Diqqət: Yamal və qonşu bölgələrdə raket həyəcanı elan edilib. Hər kəsi sakit olmağa, evdə qalmağa və pəncərələrdən uzaq durmağa çağırırıq”, – deyə açıqlamada bildirilir.

Cümə axşamı Ural Federal Dairəsinin bütün altı bölgəsində raket həyəcanı elan edilib.

Sverdlovsk, Çelyabinsk, Kurqan və Tümen vilayətlərində, Perm diyarında və Xantı-Mansi Muxtar Dairəsində raket həyəcanı tətbiq olunur. Bölgə ilk dəfədir ki, belə bir vəziyyətlə qarşılaşır. Yamaldan Ukraynaya qədər təxminən 2500 km məsafə var.

Hakimiyyət orqanları bölgə sakinlərini sakit olmağa, evdə qalmağa və pəncərələrdən uzaq durmağa çağırıb.

Daha əvvəl Rusiya Prezidentinin Ural Federal Dairəsindəki (UFD) səlahiyyətli nümayəndəsi Artem Joqa rayonun bütün altı bölgəsində raket həyəcanı elan edildiyini açıqlayıb.

Onun sözlərinə görə, məsul xidmətlər yüksək həyəcan vəziyyətindədir və təhlükəsizliyi təmin etmək üçün bütün lazımi tədbirləri görürlər.

 

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.