Naxçıvanda arxeoloji tədqiqatlar zamanı qədim Urartu hökmdarının hərbi səfəri barədə mixi yazı tapılıb.
Azpost.info bildirir ki, bu barədə AMEA Arxeologiya İnstitutunun ictimaiyyətlə əlaqaələr şöbəsinin rəhbəri Elşad Aydınoğlu məlumat verib.
Onun sözlərinə görə təşkil olunan arxeoloji səfər zamanı Naxçıvanın qədim tarixi ilə bağlı olan İlandağ yazısı 30 illik axtarışdan sonra nəhayət ki tapılıb.
“Bu yazıda Urartu hökmdarı İşpuini və Menuanın Naxçıvana hərbi səfəri haqqında məlumat verilir. Onlar indiki Ərəzin kəndindən keçərək, Araz çayının cənubunda Pluadi ölkəsində Tanrı Xaldiyə qurban kəsilməsindən bəhs edilir”-deyə o vurğulayıb.
Alimlərin araşdırmaları göstərir ki, Urartuların Naxçıvana hücumları uğursuz olub. “Sisiyanda tapılan yazıdan məlum olur ki, Naxçıvanda möhkəmlənən Etiuni konfederasiyası onara xərac verməklə öz müstəqilliyini qoruyub saxlayıb”-deyə E.Aydınoğlu vurğulayıb.
O, bu yeni tapıntı barədə ətraflı açıqlama veriləcəyini bildirib.
**
Arxeologiya və Antropologiya İnstitutundan rəsmi açıqlama: