Zelenski Paşinyanı təbrik etdi –“Bu, Ermənistanın suverenliyinin qələbəsidir”

Ukrayna Prezidenti Volodomir Zelenski Ermənistanın Baş naziri Paşinyanı seçkidə qələbə münasibəti ilə təbrik edib.

Azpost.info bildirir ki Zelenski təbrikində bunu Ermənistanın suverenliyi, müstəqilliyi və seçdiyi şəkildə yaşamaq hüququ uğrunda qələbə adlandırıb.

“Ukrayna əməkdaşlığımızı genişləndirməyə hazırdır. İndi Avropa Birliyinin Ermənistana həqiqi dəstək verməsinin və xalqının Avropa ilə münasibətlər sayəsində həyatlarının yaxşılaşdığını hiss etməsi üçün lazım olan hər şeyi etməsinin vaxtıdır. Bu, Avropa Birliyi üçün bir sınaqdır. Vaxt itirməmək və ya fürsətləri əldən verməmək vacibdir”-deyə Zelenski vurğulayıb.

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.