“Rusiya Azərbaycan, Ermənistan və Moldovada nüfuzunu itirir“.
Azpost.info bildirir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski “The Guardian” qəzetinə verdiyi müsahibədə deyib.
Ukrayna prezidentinin sözlərinə görə, Rusiya son zamanlar beynəlxalq arenada bir sıra siyasi geriləmələrlə üzləşib və tədricən müxtəlif ölkələrdə təsirini itirir. O qeyd edib ki, Moskva artıq Avropada və postsovet məkanında əvvəlki mövqeyini qoruya bilmir.
Zelenski həmçinin bildirib ki, Rusiyanın ayrı-ayrı ölkələrdə təsirini qorumaq cəhdləri uğursuzluğa düçar olur və xarici siyasəti daha da beynəlxalq təcridə səbəb olur.
Bundan əlavə, o, regiondakı bir neçə ölkədəki siyasi dəyişikliklərə istinad edərək, Moskvanın oradakı təsirinin zəiflədiyini iddia edib. Zelenski bildirib ki, bu, Rusiyanın qlobal siyasətdəki ümumi mövqeyində əks olunur və həm ölkənin xarici, həm də daxili siyasəti üçün uzunmüddətli nəticələrə səbəb ola bilər.
Sunay Aydın