Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Davranış pozuntusu olan uşaqlara “Yaddaş məşqləri “adlı təlim keçirilib

User 09 İyun 2026 - 13:05 (Last updated: 09 İyun 2026 - 13:33)
qht ciraq

“Çıraq” Uşaq və Yeniyetmələrə Dəstək ictimai birliyi 1 may tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əqli gerilik və davranış pozuntularından əziyyət çəkən uşaqlara psixoloji dəstəyin göstərilməsi” adlı layihənin icrasına başlamışdı.

Layihənin məqsədi əqli gerilik və davranış pozuntuları müşahidə olunan uşaqlara psixoloji dəstəyin göstərilməsidi. 2 iyun tarixində layihəyə cəlb olunan uşaqlara “Yaddaş məşqləri “adlı təlim keçirildi  Keçirilən təlim zamanı layihədə iştirak edən 15 uşaqla yaddaşın inkişaf etdirilməsinə yönəlmiş korreksiyaedici və inkişafetdirici məşğələlər təşkil olunmuşdu.

Təlimin əsas məqsədi uşaqlarda vizual yaddaş, qısamüddətli yaddaş, məntiqi yaddaş, xatırlama, ardıcıllığı yadda saxlama bacarıqlarının inkişaf etdirilməsi olmuşdur.

Təlim zamanı uşaqların yaş və inkişaf xüsusiyyətlərinə uyğun müxtəlif metodika, didaktik material və vizual vəsaitlərdən istifadə edilmişdir.

Təlim ərzində rəngli kartlarla yaddaş məşqləri, şəkil və fiqurları yadda saxlama, predmetlərin yerini xatırlama, vizual ardıcıllığı yadda saxlama, kartlarla uyğun cütü tapma, fiqur və simvolları xatırlama yaddaşı birlikdə inkişaf etdirən oyun tipli fəaliyyətlər həyata keçirilmişdir. İstifadə olunan metodikalar uşaqlarda: vizual yaddaşın inkişafı, qısamüddətli yaddaş, xatırlama bacarığı, müqayisə etmə, analiz etmə, diqqətin cəmlənməsi və ardıcıllığı yadda saxlama bacarıqlarının inkişaf etdirilməsinə yönəlmişdir.

Təlim müddətində bəzi uşaqlarda tez unutma, diqqətin yayınması, tapşırıq ardıcıllığını qarışdırma və köməyə ehtiyac duyma halları müşahidə edilmişdir.

Bir sıra uşaqlarda rəng və fiqurları yadda saxlama, vizual uyğunlaşdırma və qısa müddətli yaddaş bacarıqlarının daha yaxşı olduğu müşahidə edilmişdir. Təlimin sonunda uşaqların əksəriyyətinin vizual və praktik məşğələlər zamanı daha fəal iştirak etdiyi və fərdi dəstək zamanı tapşırıqları daha uğurlu yerinə yetirdiyi müəyyən edilmişdir.

Fotolar

AzPost.az

Post navigation

Previous: “Rusiya Azərbaycan və Ermənistanda nüfuzunu itirir” –
Next: Qarabağdan gedən nə qədər şəxs Ermənistan vətəndaşlığı alıb?

Oxşar xəbərlər

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.