Qarabağdan gedən 39 min 650 nəfərə Ermənistan vətəndaşlığı verilib.
Azpost.info bildirir ki, bu barədə Ermənistan Daxili işlər nazirinin müavini Armen Mkrtçyan parlamentin daimi komitələrinin birgə iclasında 2025-ci il dövlət büdcəsinin icrası ilə bağlı illik hesabatın müzakirəsi zamanı açıqlayıb.
Onun sözlərinə görə, bu ilin 1 yanvarından etibarən Qarabağdan getmiş şəxslərin Ermənistan vətəndaşlığı üçün müraciətlərinin sayında artım müşahidə olunub. Xüsusilə, bu ilin iyun ayının əvvəlinə onların sayı 11.146-ya çatıb. Qarabağdan getmiş yetkinlik yaşına çatmayanların sayı 28.000 nəfər təşkil edib. “Onlardan təxminən 12.000 nəfəri artıq Ermənistan vətəndaşlığını alıb”, – Mkrtçyan aydınlıq gətirib.