Kenan Doğulu və Beren Saat narkotik ittihamı ilə saxlanıldı

Türkiyədə məşhurlarla bağlı aparılan narkotik istintaqı çərçivəsində daha 22 nəfər saxlanılıb.

Saxlanılanlar arasında aktyor Enis Arikan, aktrisa Beren Saat və müğənni Kənan Doğulu də var.

Saxlanılan şəxslər tibbi müayinədən keçirildikdən sonra ifadə vermək üçün Narkotik Cinayətlərlə Mübarizə İdarəsinə aparılıblar.

Bununla yanaşı, istintaq çərçivəsində daha əvvəl saxlanılan bəzi məşhurların narkotik testlərinin nəticələri açıqlanıb.

Məlumata görə, Mabel Matiz, Tarık Tunca Bakır, Aycan Yağcı, Eda Dora, Aslıhan Turanlı, Volkan Bahçekapılı və Yasemin İkbalın analizlərində kokain aşkarlanıb.

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.