“Aztəminatlı ailələrə hüquqi yardım” layihəsinin icrasına başlanıb

“Demokratiyanı Öyrənmə” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət  Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Aztəminatlı ailələrə hüquqi yardım” adlı layihənin icrasına başlayıb. Cari ilin 01 iyun – 30 sentyabr aylarında həyata keçiriləcək bu layihənin məqsədini aztəminatlı ailələrin sosial proqramlar ilə bağlı məlumatlılığının artırılması və onların sosial müdafiəsinin yaxşılaşmasına dəstək təşkil edir.

Layihənin hədəflədiyi əsas nəticələr aztəminatlı ailələrin bilik və bacarıqlarını artırmaqla onların mövcud sosial müdafiə sistemlərindən fayadalanmasına və rifahının yaxşılaşmasına nail olmaqdır. Layihə Azərbaycanın sosial-iqtisadi aspektdən zəif göstəricilərə malik  üç bölgəsində – Saatlı, İmişli və Kürdəmir rayonlarında aztəminatlı ailələlərə sosial müdafiənin minimum səviyyələrinə çatımlılığını artırmaq, gəlir gətirən fəaliyyətlərə cəlb etmək və inkişaf üçün yerli imkanları artırmaqla onların dolanışıqlarını və rifahını yaxşılaşdırmağa kömək etməyə çalışacaq.
Hədəf qruplar ünvanlı sosial yardım, özünəməşğulluq və digər sosial proqramlar haqqında məlumatlarla tanış ola biləcək və bu proqramlardan faydalanmaqla  həyatlarını yaxşılaşdıra biləcəklər.

Məlumatlılığı artmış bu şəxslər sosial dəstək proqramlarına müraciət etməyə təşəbbüs göstərməkdə maraqlı olacaqlar. Bu insanları daha yaxşı nəticələr əldə etməyə stimullaşdırmaqla istehsal və xidmət sektoruna cəlbini sürətləndirəcəkdir.

Layihənin məlumatlılığın arıtırlması komponentindən 120, hüquqi yardım komponentindən isə 100 nəfər olmaqla  ümumilikdə 220 nəfər faydalanacaq.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.