Qax rayonunun Uzuntala kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin bitkilər Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının “Xaş-xaş-2026” şərti adı ilə keçirdikləri kompleks tədbirlər nəticəsində aşkarlanıb.
Ümumi çəkisi 1 ton 200 kiloqram olan 3300 ədəd çətənə kolu məhv edilib.