Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Ceyhun Bayramovun Yaponiya səfəri –

User 11 İyun 2026 - 18:02 (Last updated: 11 İyun 2026 - 18:02)
ceyhun yapon xin

Məlum olduğu kimi, 10 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Yaponiyaya ilk səfəri həyata keçirilib. Bu səfər son 17 il ərzində xarici işlər nazirinin ilk səfəri olub.

Səfər çərçivəsində nazir Ceyhun Bayramov Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi, Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Liqasının sədri və üzvləri ilə görüşlər keçirib, Yaponiya Beynəlxalq Münasibətlər İnstitutunda dəyirmi masa müzakirələrində çıxış edib. Səfərin yekununda Xarici İşlər Nazirliklərinin birgə mətbuat məlumatı dərc olunub.

Səfər zamanı, Yaponiya xarici işlər nazirinin ölkəmizin strateji əhəmiyyəti, enerji təhlükəsizliyi və regional sabitliyin təmin edilməsi istiqamətində rolu barədə söylədikləri Yaponiya aparıcı mediasında geniş şəkildə yayılıb.

Nikkei Shinbun, Jiji Press, Kyodonews və s. kütləvi informasiya vasitələrində məlumatlar dərc edilib.

Dərc olunmuş məlumatlarda tərəflərin gələn il  iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd olunacağı vurğulanıb, Azərbaycan-Yaponiya tərəfdaşlığının daha da inkişaf etdirilməsi və dostluq münasibətlərinin dərinləşdirilməsi istiqamətində qarşılıqlı maraq ifadə olunub.

Yaponiya tərəfi Yaxın Şərqdəki mürəkkəb vəziyyət fonunda Yaponiya naziri vətəndaşlarının İrandan təxliyəsinə göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını diqqətə çatdırıb.

Yaponiya tərəfindən enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, insanlar arasında əlaqələr, dekarbonizasiya, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsinə maraq ifadə olunduğu xəbərlərdə geniş şəkildə əks olunub.

Dünyanın aparıcı xam neft və təbii qaz istehsalçılarından biri olan Azərbaycan barədə danışan Yaponiya naziri Motegi bildirib ki, “Azərbaycan enerji təhlükəsizliyi və regional sabitlik baxımından mühüm ölkədir və Yaponiyanın vacib tərəfdaşıdır”. O, iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Yaxın Şərqdə gərgin vəziyyət fonunda xam neft tədarükü ilə bağlı qeyri-müəyyənliyin artdığı bir şəraitdə Yaponiyanın enerji mənbələrinin şaxələndirilməsi siyasəti həyata keçirdiyini, bu çərçivədə may ayında Azərbaycan neftini daşıyan tankerin Yokohama şəhərinə çatdığı məmnunluqla qeyd olunub.

 

AzPost.az

Post navigation

Previous: Bu gecə İranı çox sərt şəkildə vuracağıq –
Next: Tramp:

Oxşar xəbərlər

aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49

xƏBƏR

kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
Alimlərin və kosmetologiya mütəxəssislərinin araşdırmaları dəriyə qulluqda təbii vasitələrin mühüm rol oynadığını göstərir. Bunun səbəbi onların dərinin...
Read more about Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
“Müharibəni mən yox, 1979-cu ildə İran bizə qarşı başlayıb” -TRAMP tramp cixis
  • Dünya

“Müharibəni mən yox, 1979-cu ildə İran bizə qarşı başlayıb” -TRAMP

User 30 Oktyabr 2026 - 20:42
ABŞ-a göndərilən Rusiya dizelini almaq istəyən yoxdur – Şirkətlər geri çəkilir tanker dizel
  • İqtisadiyyat

ABŞ-a göndərilən Rusiya dizelini almaq istəyən yoxdur – Şirkətlər geri çəkilir

User 30 Oktyabr 2026 - 20:32
Rusiya, Ukrayna və ABŞ arasında görüş noyabrda keçiriləcək – Tarix razılaşdırılır tramp putin zelenski
  • Dünya

Rusiya, Ukrayna və ABŞ arasında görüş noyabrda keçiriləcək – Tarix razılaşdırılır

User 30 Oktyabr 2026 - 20:22
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.