Son illərdə peyk görüntülərində Səudiyyə Ərəbistanının lava sahələrində minlərlə qəribə daş konstruksiya aşkarlanıb. Arxeoloqlar onları “daş qapılar” adlandırırlar.
Azpost.info bildirir ki, bu qurğuların bəzilərinin uzunluğu 500 metrə çatır. Maraqlısı odur ki, onlar yalnız havadan baxanda aydın görünür.
Araşdırmalar göstərir ki, bu tikililər Misir piramidalarından da qədim ola bilər. Bəzi alimlər onların 7-9 min il əvvəl inşa edildiyini düşünürlər.
Bu günə qədər həmin konstruksiyaların hansı məqsədlə yaradıldığı dəqiq bilinmir. Ehtimallara görə, onlar ov tələləri, dini mərasim məkanları və ya qədim tayfaların sərhəd nişanları ola bilər.
Arxeoloqlar bildirirlər ki, Yaxın Şərqin səhralarında hələ də minlərlə öyrənilməmiş obyekt mövcuddur və onların bir çoxu müasir texnologiyalar sayəsində ilk dəfə aşkar edilir.
S.Aydın