ABŞ-İran danışıqlarında qalmaqallı iddia –“Trampın əlində hazır razılaşma vardı”

ABŞ və İran arasında vasitəçilikdə iştirak edən yüksək vəzifəli danışıqçı ABŞ prezidenti Donald Trampın hərəkətlərindən məyus olduğunu bildirib.

O, Amerika tərəfinin əlində razılaşma üçün hazır təklifi olduğunu, lakin ABŞ prezidentinin diplomatiyanı davam etdirmək əvəzinə hərbi əməliyyatlara əl atdığını iddia edib.

Azpost.info-nun məlumatına görə, bu barədə NBC News xəbər verir.

NBC News bildirir ki, danışıqçının sözlərinə görə, “Tramp artıq əlində razılaşma mətnini tutmuşdu, lakin hücumlara başlamaq qərarına gəlib və bu, sonrakı müzakirələri pozub”.

“İndi də onun əlində razılaşma mətni var”, – deyə yüksək vəzifəli danışıqçı əlavə edib və əlavə edib ki, İrana son təklifi təqdim etmək əvəzinə, ABŞ hücumlara əl atıb və bu da danışıqlar prosesini xeyli çətinləşdirib.

Yüksək vəzifəli danışıqçının sözlərinə görə, ABŞ İranın baş danışıqçısı, Parlamentin spikeri Məhəmməd Bağır Qalibaba yenilənmiş təklif təqdim etməyi planlaşdırırdı.

Lakin, bunun əvəzinə, ABŞ iddialara görə, hərbi əməliyyatlar həyata keçirib. Mənbənin sözlərinə görə, bu diplomatik səyləri sarsıdıb və razılaşma əldə etmək ehtimalını çətinləşdirib.

A.Əliyev

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.