“Rusiya Ukrayna ilə danışıqlara hazırdır”– Putin şərtləri açıqladı

“Rusiya öz milli maraqlarını nəzərə alaraq Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar aparmağa hazırdır“.

Azpost.info RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Prezident Vladimir Putin deyib.

“Biz danışıqlar aparmağa razıyıq, amma yalnız milli maraqlarımızı nəzərə alaraq. Həm də təkcə bugünkü maraqları deyil, həm də uzunmüddətli, tarixi maraqları nəzərə alaraq” – deyə Putin Ukrayna müharibəsində döyüşmüş hərbçilərlə görüşdə bildirib.

Eyni zamanda, o əlavə edib ki, Rusiya düşmənin imkanlarını nəzərə almalı və öz imkanlarını inkişaf etdirməli və gücləndirməlidir.

 

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.