Uefa Konfrans Liqasında “Zirə”nin rəqibi məlum oldu

UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan təmsilçisi “Zirə”nin rəqibi müəyyənləşib.

Bakı klubu püşk zamanı səpələnmişlər səbətində yer alıb. Komanda ilk raundda “Torpedo” (Kutaisi, Gürcüstan) ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin matçları iyulun 9-u və 16-da keçiriləcək.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.