Bölgələrdə gender problemləri ilə bağlı dəyirmi masa keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi  ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi Ağdam rayonunda “Bölgələrdə gender problemlərinin təhlili” adlı layihəyəni uğurla davam etdirir. 17.06.2026- cı il tarixində Bərdə Dövlət İdarəetmə və Texnalogiya Kollecinin binasında layihə çərçivəsində “Azərbaycan Dövlət Ailə siyasəti və Gender problemləri” mövzusunda dəyirmi masa keçirildi .

Dəyirmi masada layihə rəhbəri Şərqiyə Dadaşova layihə və donor təşkilat haqda ətraflı məlumat verdikdən sonra layihənin məqsədi  və gözləntilər barədə məlumat verdi.

Bildirdi ki, “layihənin əsas məqsədi,  bölgələrdə gender bərabərliyinə təsir edən maneələri müəyyən etmək  və həll yollarını  tapmaqdır. Azərbaycanda, xüsusilə bölgələrdə gender bərabərliyi və qadın hüquqları ilə bağlı bir sıra struktur və ənənəvi problemlər hələ də aktual olaraq qalmaqdadır. Bu problemlər ictimai və özəl həyatın müxtəlif sahələrinə təsir göstərir.  Layihə çərçivəsində  bölgələrdə sorğular aparılıb  və dəyirmi masalarda müzakirələri keçirilir. Məqsədimiz maarifləndirmə,təhlil yolu ilə  gender problemlərinin həllinə dəstək olmaqdır”.

Layihənin eksperti , Səadət Məmmədova “Azərbaycanda dövlət ailə siyasəti və gender problemləri” mövzusunda təqdimatla çıxış etdi. Bildirdi ki, “Azərbaycanda dövlət ailə siyasəti və gender problemləri həlli milli-mənəvi dəyərlərin qorunmasına, qadın və uşaq hüquqlarının müdafiəsinə, cinsi ayrı-seçkiliyin aradan qaldırılmasına və cəmiyyətdə bərabər imkanların yaradılmasına əsaslanır”.

Bərdə rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın katibi Əhliman Hümbətov layihənin mövzusunun aktual olduğunu və bölgələrdə gender problemlərinin təhlilinin, ölkənin ümumi inkişafı, insan hüquqlarının təmin olunması və sosial ədalətin bərqərar olması üçün strateji əhəmiyyət kəsb etdiyini bildirdi və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin regionda QHT-lərin marrifləndərmə tədbirlərinə dəstəyini yüksək qiymətləndirdi.

Bərdə Dövlət İdarəetmə və Texnalogiya Kollecinin müəllimi Rövşən Hüseynov  prioritet Gender Problemlərindən danışdı. Bildirdi ki, “müasir dövrdə dövlətin diqqət mərkəzində saxladığı əsas problemlərə qadınların qərar qəbuletmə proseslərində və ictimai –siyasi həyatda təmsilçiliyinin artırəlması , məişət zorakılığı  ilə mübarizı ,erkən nikahların və məktəbli qızların təhsildən yayınmasının qarşısının alınması kimi məsələlər daxildir.
Sonra müzakirələr oldu. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə filialının  sədri Etibar xanım Hüseynova ,Bərdə Qızıl Aypara Cəmiyyətindən Nərgiz xanım Aslanova, Bərdə 2 saylı kitabxananın müdiri Nərgiz xanım Cəfərova, 2 saylı və 6 saylı məktəbin müəllimləri  mövzu ətrafında maraqlı təkliflərlə çıxış edərək mövzuya münasibət bildirdilər. Sonra suallar cavablandırıldı.Qiymətləndirmə aparıldı. Tədbir iştirakçıları layihənin mövzusunun çox aktual olduğunu və razı qaldıqlarını bildirdilər.

Tədbirdə layihə rəhbəri Ş.Dadaşova tədbirin  uğurlu alımasında dəstəklərinə görə Bərdə rayon İH Başçısı V.İsayevə, Bərdə rayon İH-nin Baş Məsləhətçisi Zöhrab Zöhrabbəyova, Bərdə Dövlət İdarəetmə və Texnalogiya Kollecinin rəhbəri Xosrov  Musayevə , Kollecin müəllimi Aydın Zeynalova təşəkkür etdi. ​İştirakçılar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Regional Gender Mərkəzi İB-nə təşəkkür etdilər. Tədbirdə 22 nəfər iştirak etdi.
Qeyd: Layihə Ağdam,Tərtər, Bərdə,Ağcabədi  və Xocavənd rayonlarında  3 ay müddətində həyata keçiriləcək.

Fotolar

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.