Türkiyə mundialı qələbə ilə başa vurdu –DÇ-2026

2026-cı il dünya çempionatında III turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, ikinci oyun günündə D qrupunun iki görüşü baş tutub.

 

Paraqvay millisi Avstraliya ilə qarşılaşıb. Oyun başladığı kimi də başa çatb: 0:0. Avstraliya 4 xalla qrupu ikinci, eyni xalla Paraqvay isə 3-cü pillədə başa vurub. Hər iki komanda adını 1/16 finala yazdırmağı bacarıb.

Qrupun digər matçında isə ev sahibi ABŞ Türkiyə ilə üz-üzə gəlib. 5 qolun vurulduğu matçda qalib Türkiyə millisi olub: 3:2.

Qrupu 3 xalla sonuncu pillədə bitirən Türkiyə üçün mundial başa çatıb. ABŞ isə 6 xalla qrupdan lider kimi çıxıb.

Hər iki matç Bakı vaxtı ilə saat 06:00-da start götürüb.

DÇ-2026
D qrupu, III tur
26 iyun
06:00. Paraqvay – Avstraliya 0:0

06:00. Türkiyə – ABŞ 3:2

Qol: Trasti, 3, Arda Güler, 10, O. Kökçü, 31, Serhalter, 69, Kaan Ayhan, 90+8

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.