“Bəzi siniflərdə şagirdlərin 50 faizdən çoxu minimal standarta cavab vermir” –NAZİR

IV və VI siniflər üzrə monitorinqlərdə narahatedici nəticələr qeydə alınıb.

Bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.

Nazir bildirib ki, IV və VI siniflər üzrə keçirilən monitorinqlərin nəticələrinə əsasən, bəzi siniflərdə şagirdlərin 50-70 faizi minimal təhsil standartlarına cavab vermir.

Onun sözlərinə görə, belə siniflərin sayı az deyil.

“Şagirdlərin həmin siniflərdə minimal nəticələrə belə cavab verməməsinin bir neçə səbəbi var”, – Emin Əmrullayev qeyd edib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.