“İrana bir həfətlik fasilə vermişik” –TRAMP

İran Vaşinqtonla münasibətləri normallaşdırmağa çalışır.

Azpost.info-nun məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, ABŞ İranın Ali Lideri Əli Xameneyinin dəfn mərasimi üçün Tehrana “bir həftəlik fasilə” verib.

ABŞ müstəqilliyinin 250 illiyinin başlanğıcı münasibətilə keçirilən mərasimdə çıxış edən Tramp çıxışının böyük bir hissəsini Amerikanın üstünlüyünə, ölkənin hərbi qüdrətinə və kommunizmə qarşı mübarizəyə həsr edib.

Xarici siyasətdən danışan ABŞ prezidenti İran və Venesuelaya toxunub.

“Biz Venesuelanı bir gündə məğlub etdik və İrana ağır zərbə vurduq. Onlar israrla  danışıqlar aparmaq istəyirlər”, – deyə Tramp bildirib.

O, həmçinin bildirib ki, Vaşinqton İranın ali liderinin ölümündən sonra Tehranla münasibətləri dayandırıb.

“Biz onlara dəfn mərasimi üçün bir həftəlik möhlət verdik, çünki biz yaxşı insanlarıq”, – deyə ABŞ prezidenti bildirib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.