Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Bakı İctimai Əməkdaşlıq Mərkəzi” Nizami Bələdiyyəsində tədbir keçirib

User 15 İyul 2026 - 11:14 (Last updated: 16 İyul 2026 - 15:15)
qht baki

“Bakı İctimai Əməkdaşlıq Mərkəzi” ictimai birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Korrupsiyaya qarşı mübarizə, şəffaflıq və ictimai nəzarətin gücləndirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” layihəsininin ilk tədbiri Nizami rayon Nizami Bələdiyyəsinin təşkilati dəstəyilə 14 iyul 2026-cı il tarixində bələdiyyənin iclas zalında həyata keçirilib.

Tədbirdən öncə tədbir iştirakçıları Nizami bələdiyyəsində Ulu öndər Heydər Əliyevin barelyefini ziyarət edib, önünə tər çiçəklər qoyublar. Daha sonra Nizami Bələdiyyəsinin sədri cənab Vüqar Quliyev tədbiri açaraq qonaqları və iştirakçıları salamlayıb. Ulu öndər Heydər Əliyevin və müqəddəs şəhidlərin əziz ruhları bir dəqiqəlik sükutla yad edilib. Daha sonra cənab Vüqar Quliyev layihənin əsas məqsədinin dövlət idarəçiliyində şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizə və ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi sahəsində maarifləndirmə işlərinin aparılması olduğunu qeyd edərək sözü Rauf Zeyniyə təqdim edib.

Rauf Zeyni tədbir iştirakçılarını salamlayaraq bu layihəyə maliyyə dəstəyi verdiyinə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə, tədbirin keçirilməsinə təşkilati dəstək verdiyinə görə bələdiyyə sədrinə minnətdarlığını bildirib. Daha sonra Rauf Zeyni slayd təqdimatı iştirakçıların diqqətinə çatdırıb və “Korrupsiyaya qarşı mübarizə, şəffaflıq və ictimai nəzarətin gücləndirilməsindəvətəndaş cəmiyyətinin rolunun artırılması” layihəsininin bu gün ictimai əhəmiyyətini və mahiyyətini qeyd edib, slayd təqdimat çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ictimai nəzarətlə bağlı bəzi çıxışları təqdim olunub və iştirakçılar təfindən böyük maraqla qarşılanıb.

Daha sonra Nizami rayon İcra hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Bəhman Hüseynov, İnformasiya və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, QHT.AZ saytının baş redaktoru Cəsarət Hüseynzadə, Nizami rayon İcra hakimiyyəti yanında İctimai şuranın sədr müavini Rəcəb Baxışov, ⁠Nizami rayon İcra Hakimiyyəti yanında İctimai şuranın üzvü Xəqani Səfərov, Nizami Bələdiyyəsinin sədr müavini Yeganə Abbasova, ⁠Nizami Bələdiyyəsinin üzvü Fərqanə Məlikova çıxış edərək mövcud problemlərdən danışıblar və belə tədbirlərin vacib və əhəmiyyətli olduğunu vurğulayıblar, xüsusilə bələdiyyələrlə birgə tədbirlərin il ərzində keçirilməsini dəstəklədiklərini qeyd edərək, şəffaflığın və ictimai nəzarətin artırılmasının, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinin, məmur özbaşınalığı, vətəndaş məmnunluğu, islahatların effektivliyinin artırılması, narkomaniyaya qarşı mübarizə, ictimai iştirakçılığın və ictimai müzakirənin əhəmiyyətindən danışaraq öz dəyərli fikir və təkliflərini bildiriblər

Sonda Bakı İctimai Əməkdaşlıq Mərkəzinin təşəkkürnamə plaketi cənab Vüqar Quliyevə təqdim edilib.

Fotolar

AzPost.az

Post navigation

Previous: Neft qiymətlərində gözlənilməz sıçrayış –
Next: Aqrar ixracın artımı iqtisadiyyata necə təsir edəcək? –

Oxşar xəbərlər

kabab esas
  • Sosial

Ətdən imtina sağlam qocalmağa kömək edə bilər

User 26 Oktyabr 2026 - 21:50
vuqar
  • Sosial

AQC Avropanın ən böyük qiymətləndirmə təşkilatına üzv oldu

User 26 Oktyabr 2026 - 21:13
elmar esas
  • Sosial

Kafedə kütləvi davanın 2 təqsirkarı haqqında həbs qərarı verildi – VİDEO

User 26 Oktyabr 2026 - 19:03

xƏBƏR

kabab esas
  • Sosial

Ətdən imtina sağlam qocalmağa kömək edə bilər

User 26 Oktyabr 2026 - 21:50
Ətdən imtina etmək gələcəkdə xərçəngin müxtəlif növləri, diabet və idrak qabiliyyətinin zəifləməsi də daxil olmaqla, yaşla əlaqəli...
Read more about Ətdən imtina sağlam qocalmağa kömək edə bilər
Rusiya “taxıl sazişi”nin bərpasını istəmir: Moskva səbəbini açıqladı buqda
  • Dünya

Rusiya “taxıl sazişi”nin bərpasını istəmir: Moskva səbəbini açıqladı

User 26 Oktyabr 2026 - 21:37
Azərbaycan adambaşına ÜDM-ə görə dünyada 90-cı yerdədir bvf
  • İqtisadiyyat

Azərbaycan adambaşına ÜDM-ə görə dünyada 90-cı yerdədir

User 26 Oktyabr 2026 - 21:27
AQC Avropanın ən böyük qiymətləndirmə təşkilatına üzv oldu vuqar
  • Sosial

AQC Avropanın ən böyük qiymətləndirmə təşkilatına üzv oldu

User 26 Oktyabr 2026 - 21:13
İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul edib mekke-sazisi
  • Dünya

İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul edib

User 26 Oktyabr 2026 - 20:02
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.