Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“İrana qarşı hərbi əməliyyatın davam etdirilməsi zəruridir” –

User 19 İyul 2026 - 11:29 (Last updated: 19 İyul 2026 - 11:29)
tramp qas

İki amerikalı hərbçinin həlak olması faciədir, lakin İrana qarşı hərbi əməliyyatın davam etdirilməsi zəruridir.

Bunu ABŞ Prezidenti Donald Tramp “The New York Post” qəzetinə müsahibəsində bildirib.

ABŞ Prezidenti hərbçilərin ölümünü “təəssüf doğuran hadisə” adlandırsa da, əməliyyatın hələ də həyati əhəmiyyət daşıdığını vurğulayıb: “Həlak olan hərbçilər İran rejiminin nüvə silahı əldə etməsinin qarşısını almaq üçün ən böyük fədakarlığı göstəriblər. Tehran dayandırılmasa, region daha genişmiqyaslı münaqişəyə sürüklənə bilər”.

Qeyd edək ki, cümə günü İordaniyadakı Muvaffaq Salti Hərbi Hava Bazasına edilən hücum nəticəsində iki ABŞ hərbçisi həlak olub, bir hərbçi itkin düşüb, azı dörd nəfər isə yaralanıb. Donald Trampdan həlak olan hərbçilərin ailələri ilə əlaqə saxlayıb-saxlamayacağı soruşulduqda o, tərəddüd etmədən cavab verib: “Əlbəttə. Mən bunu həmişə edirəm. Bəli”.

Qeyd edək ki, ABŞ Ordusu şənbə günü ardıcıl səkkizinci gecə İrana qarşı hava zərbələri endirib. Əməliyyatlar yerli vaxtla saat 18:00-da başlayıb və təxminən beş saat yarım sonra – saat 23:30-da başa çatıb. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, son zərbələr İranın hərbi sahil müşahidə və hava hücumundan müdafiə obyektlərini, dəniz hərbi imkanlarını, eləcə də raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı məntəqələri hədəfə alıb. Bildirilib ki, ABŞ Ordusu həmçinin iyulun 17-də İordaniyada amerikalı hərbçilərə qarşı hücumlarla əlaqələndirilən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mövqelərinə də zərbələr endirib.

AzPost.az

Post navigation

Previous: Almanlar SSRİ-nin məşhur “Baharın on yeddi anı” filmi haqqında nə düşünür?
Next: Hansı ölkələr təhsilə daha çox vəsait ayırır?

Oxşar xəbərlər

mekke-sazisi
  • Dünya

İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul edib

User 26 Oktyabr 2026 - 20:02
tramp netanyahu
  • Dünya

Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı?

User 26 Oktyabr 2026 - 17:39
putin uitkoff
  • Dünya

Rusiya Ukrayna ilə bağlı danışıqların detallarını açmaqdan imtina edib

User 26 Oktyabr 2026 - 15:34

xƏBƏR

vuqar
  • Sosial

AQC Avropanın ən böyük qiymətləndirmə təşkilatına üzv oldu

User 26 Oktyabr 2026 - 21:13
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) Avropa Qiymətləndirici Assosiasiyaları Qrupuna (The European Group of Valuers’ Associations – TEGOVA) üzvlüyü...
Read more about AQC Avropanın ən böyük qiymətləndirmə təşkilatına üzv oldu
İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul edib mekke-sazisi
  • Dünya

İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul edib

User 26 Oktyabr 2026 - 20:02
Kafedə kütləvi davanın 2 təqsirkarı haqqında həbs qərarı verildi – VİDEO elmar esas
  • Sosial

Kafedə kütləvi davanın 2 təqsirkarı haqqında həbs qərarı verildi – VİDEO

User 26 Oktyabr 2026 - 19:03
“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev hikmet01
  • Siyasət

“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev

User 26 Oktyabr 2026 - 17:45
Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı? tramp netanyahu
  • Dünya

Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı?

User 26 Oktyabr 2026 - 17:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.